“Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) sədr təyin olunub. 

Bu vəzifə Anar Talıbova həvalə edilib. 

O, bundan əvvəl lisenziya almamış “Meqa Həyat Sığorta” ASC-nin, eləcə də uzun illər “Azsığorta” ASC-nin İH-nin sədri olub. 

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90%-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik səhmdarı), 10%-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur. Report