İqtisadiyyat.az xəbər verir ki, layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2023” qrant layihəsi və İTE Azərbaycan ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

Belə ki, layihə çərçivəsində konsultasiyalar və infosessiyalar təşkil olunub. Layihənin icra olunduğu dövrdə Təhsildə İnnovativ Texnologiyaların dəstəyi ilə “Mars Academy” İmtahan Mərkəzində iki dəfə imtahan təşkil olunub. Oktyabrın 12-də keçirilən birinci imtahanda 16 nəfər, oktyabrın 13-də keçirilən ikinci imtahanda isə 3 nəfər iştirak edib.

Ümumilikdə, layihəyə 200-ə yaxın müraciət olub və seçim kriteriyalarına əsasən, 30 namizəd layihə çərçivəsində İT üzrə beynəlxalq sertifikat almaq hüququ qazanıb.

Layihənin yekununda 19 nəfər sertifikatlaşdırma imtahanında iştirak edərək beynəlxalq sertifikatlar əldə ediblər.