Rusiya Mərkəzi Seçki Komissiyası mart ayında keçiriləcək prezident seçkilərində Putinin müstəqil namizəd olmaq müraciəti ilə bağlı toplantı keçirib.

İqtisadiyyat.az xəbər verir ki, iclasda Putinin seçkidə namizədliyi təsdiqlənib və 198 səlahiyyətli nümayəndə qeydə alınıb.

Beləliklə, ölkənin aparıcı sənət adamları da daxil olmaqla, Putinin seçkidə səlahiyyətli nümayəndələrinin sayı 544-ə çatıb.

Bildirilib ki, Putinin namizədliyi üçün mərkəzə təqdim edilən 315 minə yaxın imzadan 60 mini yoxlanılıb və onlardan 91-i etibarsız hesab edilib.

Mərkəzi Seçki Komissiyası Rusiya parlamentinin aşağı palatası Dumada Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski, Kommunist Partiyası (KPRF) tərəfindən namizədliyi irəli sürülmüş deputat Nikolay Xaritonovun və Yeni Xalq Partiyasının sədr müavini Vladislav Davankovun namizədliyini daha əvvəl  təsdiqləmişdi.