İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdığını təsdiqləyib və məhsuldar müzakirənin aparıldığını bildirib.
Buna qədər fevralın 8-də New York Post-a müsahibəsində Tramp Putinlə Ukraynadakı münaqişə ilə bağlı danışdığını təsdiqləyib. O, döyüşlərin dayandırılması üçün konkret bir planı olduğunu və münaqişənin tezliklə həll olunacağına ümid etdiyini vurğulayıb. Ağ Ev rəhbəri həmçinin, Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu və Rusiya prezidentinin də müharibəni dayandırmaq istədiyini bildirib.