İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin özü amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Putin Trampla telefon danışığını məzmunlu, səmimi və çox faydalı adlandırıb.

***18:51

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evdəki məmura istinadən məlumat yayıb.

"Trampın Rusiya Prezidenti Putinlə telefon danışığı gedir",- deyə məlumatda bildirilir.

Telefon danışığının başladığını həmçinin ABŞ-nin "The Associated Press" (AP) agentliyi də təsdiqləyib.