Rusiya lideri Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefonla danışıblar.

İqtisadiyyat.az bildirir ki, bununla bağlı Kremldən məlumat verilib. 

Məlumata görə, telefon danışığında 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış bəyanatların kompleks şəkildə həyata keçirilməsinin praktiki aspektləri müzakirə olunub.

Bundan əlavə, tərəflər Ermənistanla Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sülh müqaviləsinin hazırlanması məsələsini də müzakirə ediblər.