Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Cinpin arasındakı görüşdə Ukrayna ilə bağlı sülh planını müzakirə edilib.

İqtisadiyyat.az bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml liderlərin mediaya açıqlamalarına qədər nəticələrdən danışmayacaq.

Peskov Çin liderinin səfərinin ilk gününün nəticələrini qiymətləndirməkdən çəkinib, o, liderlərin özlərinin bunu elan edəcəyini söyləyib.