Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı Rusiya Təhlükəsizlik Şurasını çağırıb.


İqtisadiyyat.az xəbər verir ki, Kremldən verilən açıqlamada Putinin sədrliyi ilə keçirilən şura iclasında xüsusi hərbi əməliyyatla bağlı fikir mübadiləsi aparıldığı bildirilib.

Rusiya müdafiə naziri Sergey Şoyqunun həftənin əvvəlində əməliyyat qərargahına səfəri ilə bağlı Şuraya məlumat verdiyini bildirən açıqlamada Putinin beynəlxalq telefon danışıqları ilə bağlı da məlumat ötürdüyü bildirilib.

Bəyanatda o da bildirilib ki, şura üzvləri cari sosial və iqtisadi məsələlərlə bağlı danışıqlar aparırlar.