Rusiyanın həm dostu, həm də düşməni olmaq eyni dərəcədə şərəflidir, lakin Rusiya Federasiyasının daha çox dostu var. 

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyanin ilə görüşündə deyib.

Mer paytaxtdakı vəziyyət barədə məlumat verərək, "düşmənlərin hiylələrinə baxmayaraq" yaxşı nəticələr əldə etdiyini qeyd edib. 

Öz növbəsində Putin vurğulayıb: "Ancaq bizim daha çox dostumuz var. Başqa bir məşhur ifadə var: dostumuz və düşmənimiz olmaq eyni dərəcədə şərəflidir".

"Biz başa düşürük ki, onların yaratmağa çalışdıqları təhdidlər heç bir halda boş deyil və biz bunu nəzərə almalıyıq", - Rusiya prezidenti bildirib.