"Rusiya bu günün bütün çətinliklərinə baxmayaraq, iqtisadiyyatını müharibə rejiminə keçirmir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının XII qurultayında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatında vəziyyət kifayət qədər balanslaşdırılıb:

"Ölkə müdafiə sənayesinin inkişafına səyləri, inzibati resursları və maliyyə resurslarını cəmləşdirir. Bu baxımdan iqtisadiyyatda bütün proseslər həmişə bir-biri ilə əlaqəli olub. Belə ki, müdafiə sənayesi istehsalın digər sahələri ilə sıx əlaqədədir və əhalinin alıcılıq qabiliyyətinin artması hesabına əməkhaqqının artması yüngül sənaye, yeyinti sənayesi, kənd təsərrüfatı sahələrinə təsir göstərir".

 

Gözəl Həşimova