Rusiya nefti və neft məhsulları üçün müəyyən edilmiş qiymət tavanı ilə bağlı Rusiyada sərt tədbirlər 2023-cü il dekabrın 31-dək uzadılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin hüquqi məlumatların rəsmi internet portalında dərc edilmiş fərmanında öz əksini tapıb.

Sənədə əsasən, Rusiya neft və neft məhsullarının tədarükü o şərtlə qadağan edilir ki, bu tədarüklərə dair müqavilələrdə birbaşa və ya dolayısı ilə Qərb ölkələri tərəfindən tətbiq edilən qiymət limitinin tətbiqi nəzərdə tutulsun.

Fərman ilkin olaraq 2023-cü il fevralın 1-dən qüvvəyə minib və bu il iyulun 1-də başa çatmalı idi. Ancaq sözügedən fərmanla bu müddət bu ilin dekabr ayının 31-nə qədər uzadılıb.