"Rusiya iqtisadiyyatında vəziyyət sabit və etibarlıdır".

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

Rusiya lideri bildirib ki, Rusiya iqtisadiyyatının vəziyyəti Belarusla qarşılıqlı fəaliyyətlərdə də özünü göstərir: “Biz Belarusla ilk növbədə iqtisadi sahədə əlaqələrimizi və qarşılıqlı fəaliyyətimizlə bağlı təmaslarımızı davam etdiririk. Rusiyada hər şey etibarlı şəkildə inkişaf edir”.

 

Gözəl Həşimova