Rusiya Federasiyası hər zaman türk tərəfdaşlarına dost dəstəyi göstərməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyədə zəlzələdən sonrakı vəziyyət barədə danışarkən deyib.

O həmçininbildirib ki, Rusiya tezliklə Türkiyəyə zəlzələdən sonrakı bərpa prosesi üçün böyük həcmdə tikinti materialı göndərəcək.