Rusiya prezidenti Vladimir Putin rus mallarının xaricdə tanıdılması üçün proqram hazırlamağı tapşırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin vurğulayıb ki, yüksək əlavə dəyəri olan Rusiya malları nəinki tanınmalı, həm də xarici alıcılar üçün əlçatan olmalıdır.

Eyni zamanda qeyd edib ki, Rusiya mallarının xaricdə təşviqinə yönəlmiş “Rusiyada istehsal” proqramını hazırlayıb təsdiq edilməlidir.