Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Vladimir Putin Narendra Modini Hindistanın "Çandrayaan-3" kosmik stansiyasının Ayın Cənub qütbünün yaxınlığında uğurlu enişi münasibətilə ürəkdən təbrik edib. Kosmik sektorda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqları təsdiqlənib", - Kremlin bəyanatında deyilir.

Putin və Modi iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, bundan sonra da birgə işləmək niyyətində olduqlarını bildiriblər.