Rusiya Prezidenti Vladimir Putin və Çeçenistannın rəhbəri Ramzan Kadırov arasında görüş keçirilib.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, görüşdə Kadırov Çeçenistandakı mövcud vəziyyət və Ukraynadakı çeçen qüvvvələri barədə Putinə məlumat verib. Putin qeyd edib ki, müharibə zonasında çeçenlərin necə vuruşduğundan xəbərdardır və onlara ən xoş sözlərinin çatdırılmasını istəyir.