Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin rəsmi Telegram kanalında məlumat verilib. 

Məlumatda dövlət başçılarının ikitərəfli əlaqələri, o cümlədən nəqliyyat və enerji sektorlarında əməkdaşlığı müzakirə etdikləri bildirilib. Onlar həmçinin Suriyadakı vəziyyət barədə danışıblar və respublikada vəziyyətin nizamlanmasına yönəlmiş Astana prosesi çərçivəsində birgə işin davam etdirilməsinin vacibliyini qeyd ediblər.