Rusiya Prezidenti Vladimir Putin Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

İqtisadiyyat.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır.