"Yaxın gələcəkdə dünyada neft, qaz və digər karbohidrogen yanacaqlarına alternativ olmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin BRİKS-in iclasında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, neft tələbi ilk növbədə zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə artacaq:

“Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisi 1,7 milyard nəfər, dünyada enerji tələbatı isə 22% artacaq. Buna görə də dünyada neft və qaza alternativ olmayacaq .Enerji keçidi əlbəttə ki, zəruridir, lakin yenə də bu proses ölkələrin milli xüsusiyyətləri və imkanları nəzərə alınmaqla edilmədir”.

 

Gözəl Həşimova