Rusiya prezidenti Vladimir Putin Çeçenistan parlamentinin spikeri Maqomed Daudova general-mayor hərbi rütbəsi verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov “Telegram”da məlumat verib.

“Bu, onun regionun təhlükəsizliyinin təmin edilməsi və bütün ölkənin maraqlarının müdafiəsi sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinin tanınmasıdır”, - Kadırov yazıb.

Çeçenistan rəhbəri xatırladıb ki, Daudov parlamentdə işləməkdən əlavə, hərbi qulluqçuların və təhlükəsizlik qüvvələrinin lazımi forma və sursatla təchiz edilməsi ilə məşğul olan hərbi əməliyyatların aparılması üzrə operativ qərargahın işinə də nəzarət edir.