Rusiya lideri Vladimir Putin “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Aptı Alaudinova general-leytenant rütbəsi verib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi dərc edilməsi portalında yayımlanıb.

Qeyd edək ki, Aptı Alaudinov Ukrayna ordusuna qarşı hərbi əməliyyatlarda çeçen döyüşçülərinə rəhbərlik edir.