Bu gün Fransa kubokunun 1/16 final mərhələsinin matçı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, PSJ səfərdə "Pays de Cassel" klubu ilə qarşılaşacaq. Maraqlı məqam ondan ibarətdir ki, Fransa 6-cı liqasında mübarizə aparan "Pays de Cassel" komandasının kapitani PSJ tribunalarında aktiv azarkeş qruplarından CUP-ın üzvü olan Aleksis Zmijakdır. O, bu qarşılaşma haqqında bunları deyib:

"Mbappe qapımıza gedərkən ona müdaxilə etməliyəmmi? Yoxsa qarşıdakı "Bayern" matçını düşünməliyəm?"