PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Paris klubu "Korintians"dan Qabriel Moskardonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Moskardo mövsümün sonuna qədər icarə əsasında "Korintians"da çıxış edəcək. O, yayda PSJ-yə qoşulacaq.

Qabriel bu mövsüm Braziliya çempionatında 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib