“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Vaqner rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonunu geriyə döndərdiyini və əks istiqamətdə geri çəkildiyini bildirib. Priqojin bu addımı qan tökülməmək üçün atdığını bildirib.

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Qeyd olunub ki, "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.