Rusiyanın muzdlu “Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin qruplaşmanın iyulun 1-dən fəaliyyətinə son qoyacağını açıqlayıb.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, Rostovu ələ keçirib, daha sonra şəhəri tərk edən Priqojin ilk dəfə açıqlama verib:

"Heç vaxt Rusiya rəhbərliyini devirmək məqsədi güdməmişik. Məqsədimiz "Vaqner"in məhv edilməsini əngəlləmək idi. Hər hansı bir təcavüz göstərmədik, ancaq raket və vertolyotlarla vurulduq. Bu, bizi yaşananlara sövq etdi”.