Prezidentliyə namizədlərin müraciəti əsasında qapalı görüş yerlərinin sayı artırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, ödənişli təbliğat-təşviqat prosesinə qoşulmaq istəyən 44 medai qurumu komissiyaya müraciət edib.

"Əvvəl bu say 34 idi. Bu seçkilərə maraq artıb. Namizədlər üçün digər imkan ödənişsiz əsaslarla efir vaxtının verilməsidir", - R.Qasımov bildirib.