"Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqqlarının artırılması ilə bağlıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib. 

"Əməkhaqlarının və sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib ki, bu da büdcə layihəsində əksini tapıb", - nazir əlavə edib.