İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, İ.Abasov 1954-cü ildə anadan olub. Sabah onun 70 yaşı tamam olur. İ.Abasov 2004-2013-cü illərdə Azərbaycanın kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə Baş nazirin müavini vəzifəsində çalışıb.