Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi akkreditasiyadan keçib

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 6300-dən çox məntəqə var və hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür.