Növbədənkənar prezident seçkilərinə xarici medianın marağı böyükdür.
İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, prezident seçkiləri 109 beynəlxalq media qurumundan 216 jurnalist izləyərək işıqlandıracaq.