Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, 31 beynəlxalq təşkilatı təmsil edən 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.