Prezident Rəcəb Tayyib Ərdoğan Esenler Xalq Toplantısı proqramında çıxış edib.

İqtisadiyyat.az Prezident Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamları təqdim edir:

"Bu gün bu meydanda Allah rizası üçün bir-birini sevənlər var. Bu gün bu meydanda yalnız bizim çata biləcəyimiz həmrəylik var. Hazırda mitinqimizdə140 min vətəndaş iştirak edir.

Mayın 7-də İstanbul Atatürk Hava Limanında Millət bağçasında tarixi mitinq keçirdik. Oraya 1 milyon 700 min qardaşımız toplaşdı. Təbii ki, bu, bəzilərində qorxu yaratsa da, bizə sevgi və məhəbbət bəxş etdi.

Tariximizdə ən yüksək fəallıq seçkilərindən birini keçirdik. Seçki qutusuna gedən hər bir vətəndaşa təşəkkür edirəm.

İlk raundda rəqiblərimizə xeyli fərq yaratdıq. Millətimiz bizə 323 millət vəkili verib, hansı millət vəkili ilə idarə olunmaq istəyəcəklərini bəyan edib. İndi, cənab Kamal, parlamentə arxa çevirdikdən sonra edə biləcəyiniz bir şey varmı?", -  deyə sözlərini əlavə edib.