Prezident Rəcəb Tayyib Ərdoğan 2022-2023-cü il mövsümünü Spor Toto Super Liqasında çempion olaraq başa vuran "Qalatasaray" futbol komandasının menecerlərini, texniki heyətini və oyunçularını Vahdettin Köşkündə qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, Prezident Ərdoğan Vahdettin Köşkündə mətbuata qapalı keçirilən qəbulda Qalatasaray futbol klubunu çempionluğu münasibətilə təbrik edib, heyətlə söhbət edib.

Çempionluq kuboku ilə malikanəyə gələn “Qalatasaray” klubunun prezidenti Dursun Özbək prezident Ərdoğana üzərində “Rəcəb Tayyib Ərdoğan” yazılmış 53 nömrəli “Qalatasaray” formasını hədiyyə edib.

Prezident Ərdoğan və nümayəndə heyəti qəbulun sonunda xatirə şəkli çəkdirdilər.

Gənclər və İdman Naziri Osman Aşkın Bak, TBMM İcra Başçısı və AK Partiya İzmir Millət vəkili Alpay Özalan, AK Partiya İzmir Millət vəkili Mehmet Kasapoğlu, Prezident Aparatının Kommunikasiyalar üzrə Müdiri Fahrettin Altun, Prezidentin Baş müşaviri Akif Çağatay Kılıç, Gənclər və İdman Nazirinin müavini Həmzə Yerlikaya iştirak ediblər.