İşlərin axtarışı üzrə Superjob xidməti 23 peşə nümayəndəsi üzrə professional qrupdan soğru aparıb. Sorğu belə idi, hansı peşə sahibi daha çox rəqiblərinin social şəbəkələrini izləyir? Sostav.ru tədqiqatın nəticələri ilə tanış olub.

Birinci yerdə reklam meneceri və PR meneceri yer tutub. Sorğu iştirakçılarının 38%-i rəqiblərinin hesablarına abunə olduqlarını bildirib.

Bunu auditorlar (37%) və jurnalistlər (34%) izləyir. Həmçinin rəqiblərinin sosial şəbəkələrini izləyən tərcüməçi və satış menecerlərinin 27%-i olub.

Ancaq dizaynerlərin rəqiblərin hesablarına abunə olma faizi daha azdır, 27%. Lakin onların çoxu abunə olmadan, gizli-gizli rəqiblərinin hesablarını izləyirlər 33%.

Bu taktikadan digər sferada çalışan mütəxəssislərdə istifadə edir. Məsələn, müştərilər üzrə işləyən menecerlər (21%-i abunə olur, 34%-i isə abunə olmadan hesablara baxır) və həkimlər (17% və 34% müvafiq olaraq).

Proqrammistlər arasında isə rəqiblərinin hesablarını abunə olaraq izləyənlər ilə izləməyənlərin faizi eynidir: 18%.

Rəqiblərinin hesablarını daha az izləyənlər isə müsahiblər (8%-i abunə yolu ilə, 22%-i isə abunə olmadan baxır) və tibb bacıları (11% və 21%).

Superjob-un başqa bir araşdırmasına görə isə, işverənlərin yarısı əməkdaşların sosial fəaliyyətlərini izləyir. Məsələn, şirkətlər 55%-i yeni əməkdaşı işə alan zaman onların profillərinə baxır, 2011-ci ildə isə bu rəqəm cəmi 42% idi. facemark