Portuqaliyada davam edən meşə yanğınlarında 7 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
İqtisadiyyat.az xəbər verir ki, bunu Portuqaliyanın Baş naziri Luis Monteneqro bildirib.
Onun sözlərinə görə, ölkə daxilində davam edən yanğınları söndürmək üçün 5 min yanğınsöndürən çalışır.
Ümumillikdə ölkənin şimalında 10 min hektar əraziyə ziyan dəyib.
Gözəl Həşimova