Bu ilin yanvar-fevral aylarında Azərbaycan Portuqaliyaya 104,1 milyon dollar dəyərində 170,1 min ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 65,5% çoxdur.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 106,5 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova