Avqustun 1-nə qədər Ukraynadan Polşaya keçən miqrantların sayı 14 milyon 182 min nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəçiləri məlumat yayıb.

Məlumata görə, Polşanı tərk edən ukraynalıların ümumi sayı isə 12 milyon 399 min nəfər olub.

Bildirilib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri ölkəyə intensiv tranzit var. Təkcə avqustun 1-də Ukraynadan ölkəyə 30 min 800 nəfər daxil olub.

 

Gözəl Həşimova