"Enerji təhlükəsizliyinin əsas olduğu zamanda biz uzun illər kömür çıxarmağa davam edəcəyik."

Bu sözləri Polşanın baş nazirinin müavini Jacek Sasin deyib.
İqtisadiyyat.az xəbər verir ki, Polşa radiosuna danışan Sasin Polşanın investisiya üçün təhlükəsiz ölkə olduğunu bildirib.
"Rusiya-Ukrayna müharibəsi səbəbi ilə enerji böhranı yaşanır. Ona görə də kömürün ehtiyac duyulduğu hər yerdə bu ehtiyacı bərpa edəcəyik."
Qeyd edək ki, Rusiyadan təbii qaz alışını tamamilə dayandıran Polşanın enerji səbətində kömür mühüm yer tutur.

Məhəbbət Məmmədov