Polşada ağciyər xəstəliyinin bir növü olan "legioner" xəstəliyinə səbəb olan legionella bakteriyasından ölənlərin sayı 16-ya yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rzeszow Sağlamlıq Müfəttişliyinin rəhbəri Jaromir Slaczka məlumat yayıb.

O, verdiyi açıqlamada həyatını itirən 16 nəfərin hamısının digər xəstəliklərə görə müalicə aldığını bildirib.

Bildirilir ki, epidemiya başlayandan bəri ölkə üzrə ən azı infeksiyaya yoluxmuş 155 nəfər xəstəxanalara yerləşdirilib.

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən "legioner" xəstəliyi müalicə edilmədikdə tənəffüs və orqan çatışmazlığına, həmçinin ölümə səbəb ola bilər.