Polşada ötən ay çörək və un məhsulları 2022-ci ilin eyni ayı ilə müqayisədə 24,8% bahalaşıb.

Bu barədə İqtisadiyyat.az “Rzeczpospolita” qəzetinə istinadən xəbər verir.

Bu dövrdə ölkədə tərəvəz, uşaq məhsulları və qənnadı məmulatları da sürətlə bahalaşıb. Hazırda Polşada bir kiloqram çörəyin orta qiyməti 4,8 zloti (təxminən 1,2 dollar) təşkil edir.

 

Gözəl Həşimova