Polşa Belarusla sərhədə yaxın yollarda əlavə istehkamlar, o cümlədən tank əleyhinə kirpilər quraşdırmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə cümə axşamı milli müdafiə naziri Mariuş Blaşçak “Twitter“ səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Rusiya ilə sərhəddə də oxşar istehkamlar quraşdırılır.