Polşa ölkələrini tərk etmək istəyən belaruslara sərhədi tez keçmək üçün fürsət verir.

Bu barədə Polşa Xarici İşlər nazirinin müavini Marçin Pşidaç RMF FM radiostansiyasına açıqlamasında deyib:

“Biz konsullarımızdan xahiş etdik ki, təhdid olduğu halda mümkün qədər çox viza versinlər. Sərhəddən müvafiq sənədlər olmadan keçməklə bağlı müraciətlər var. Siyasi səbəblərə görə ölkələrini tərk etməli olan insanlar üçün belə sürətli yol açdıq, bu yol təhlükə hiss edən hər kəs üçün açıqdır”.

O, qeyd edib ki, bu, çağırış deyil, sadəcə problem yarandığı üçün təminatdır.