Polşanın Silahlanma Agentliyi İsveçin Saab konsernindən təxminən 1,5 milyard dollara bir neçə min tank əleyhinə qumbaraatan alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış isveçli həmkarı Pol Consonla danışıqların yekunu üzrə jurnalistlərə bildirib.

"Biz indicə çox mühüm müqavilə imzaladıq, həmin müqavilə Polşa Silahlanma Agentliyinin rəhbəri və Saab-ın nümayəndəsi arasında imzalandı. Satınalmadan sonra Polşa silahlı qüvvələri İsveç istehsalı olan tank əleyhinə qumbaraatanları alacaq, bunun üçün biz 6,5 milyard zloti (təxminən 1,5 milyard dollar) ayıracağıq”, - Polşa müdafiə departamentinin rəhbəri mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, söhbət Polşa silahlı qüvvələri üçün FCD 558 nişangahına malik bir neçə min “Carl-Gustaf M4” tank əleyhinə qumbaraatanların, eləcə də onlar üçün sursatların alınmasından gedir. Müqaviləyə Polşa hərbçiləri üçün təlim də daxildir.