Polşanın Baş naziri Mateuş Moravetski Polşanın Ukraynadan idxal edilən taxılla əlaqəli itkilərə görə Avropa İttifaqından təzminat alacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Mateusz Moravetski feysbuk hesabında etdiyi paylaşımda ölkənin kənd təsərrüfatı sektorunda yaşanan problemlərə toxunub.

Polşadakı fermerlərin Ukraynadan taxıl idxalı səbəbiylə maliyyə problemi yaşadığını deyən Moravetski, “Polşa Ukraynadan idxal edilən taxılın verdiyi itkilərə görə Avropa İttifaqından (Aİ) təzminat alacaq”, - bildirib.

Polşa mətbuatında Aİ Komissiyasının Ukrayna taxılından əziyyət çəkən fermerlər üçün İttifaqda 56 milyon avro dəyərində dəstək paketi təklif edəcəyi bildirilib.