Polşa səlahiyyətliləri Birləşmiş Ştatlardan inteqrasiya edilmiş hava və raketdən müdafiə komandanlıq və idarəetmə sistemi olan IBCS alacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

"Cümə axşamı, fevralın 29-da, saat 14:00-da (Bakı vaxtı ilə 17:00) Polşa Milli Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentində baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış və nazirliyin dövlət katibi Pavel Beyda hava və raket hücumundan müdafiə kompleksi IBCS idarəetmə sisteminin alınmasına dair müqavilənin imzalanması mərasimində iştirak edəcəklər", - deyə idarənin portalında yazılıb. 

Qeyd edilib ki, Amerika avadanlığından Polşanın "Visla" raket əleyhinə müdafiə sistemləri və "Narew" hava hücumundan müdafiə sistemlərində istifadə olunacaq, onun dəyəri 2,53 milyard dollar təşkil edəcək. Sazişin həyata keçirilməsi 2024-2031-ci illər üçün nəzərdə tutulub.