Ədliyyə polkovnik-leytenantı Azər İbrahimova ağır itki üz verib.

İqtisadiyyat.az xəbər verir ki, onun atası Vaqif İbrahimov vəfat edib.

Qeyd edək ki, Azərbaycanın əməkdar həkimi, tibb elmləri namizədi Vaqif İbrahimov uzun illər Mərkəzi Hərbi hospitalın rəisi vəzifəsində işləyib. Tibb xidməti polkovniki V.İbrahimov Birinci Qarabağ müharibəsi veteranıdır.

O, Azərbaycan Silahlı Qüvvələrində hərbi tibb sahəsinin qurucularından biri olub.