Peruda polislər bir kuryerin çantasından mumya tapıblar.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Puno şəhərində arxeoloji qazıntılar aparılan bir ərazidə baş verib. Şəhər polisi şübhəli davranışları ilə diqqət çəkən kuryerin çantasına baxıblar.

Çantanın sahibi mumyanı dostlarına göndərmək üçün çantaya qoyduğunu deyib. "Juanita" deyə adlandırdığı mumyanı evdə bir qutuda saxladığını bildirən şəxs onu bir "ruhani sevgili" kimi gördüyünü qeyd edib.

Polis 600-800 illik olduğu düşünülən qalıntıları ölkənin Mədəniyyət nazirliyinə təhvil verib.