Polis əməkdaşlarına Rusiyanı tərk etmək qadağan edilib.

Məlumatı “dw” yayıb.

Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyinin, o cümlədən qadın əməkdaşların rəhbərliyin təsdiqi olmadan ölkədən çıxışı qadağandır.

Məlumata görə, daxili işlər naziri Vladimir Kolokoltsev bu barədə sentyabrın 23-də uyğun sərəncam imzalayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən hərbi səfərbərlik elan edib. Bu məhdudiyyət sentyabrın 21-dək xaricə səyahət etmək üçün bileti və ya yol vərəqəsi olanlara şamil edilməyəcək. Bundan başqa, bildirilib ki, dövlət sirlərinə çıxışı olan polis əməkdaşları pasportlarını təhvil verməlidir.