“Rusiyadakı sərhəd idarəsinin binasında baş verən yanğında bizim iştirakımız yoxdur”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib.

O, Rusiyanın Rostov şəhərində baş verən yanğında Ukraynanın iştirakının olmadığını bildirib.

“Ukrayna bu işə qarışmır, amma məmnuniyyətlə onu izləyir”, - deyə Podolyak bildirib.

Qeyd edək ki, Rusiyanın Rostov şəhərində FSB-yə bağlı sərhəd nəzarəti idarəsinin binasında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.