"Poco" 31 dekabr 2024-cü il tarixindən etibarən qlobal veb saytını bağlayacağını elan edib.
Bu barədə İqtisadiyyat.az "Rozetked"ə istinadən xəbər verir.
"Şirkət po.co/global, po.co/uk və po.co/fr daxil olmaqla po.co domenindəki bütün saytları bağlayacaq. Proses oktyabrın 21-də başlayacaq və dekabrın 31-də başa çatacaq. "Poco" markalı cihazları yalnız "Xiaomi" saytında almaq mümkün olacaq", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, bütün müştəri dəstəyi, təklif olunan məhsullar, xidmətlər və bonus xalları da "Xiaomi" platformasına köçürüləcək. Bundan əlavə, "Poco Store" tətbiqi bağlanacaq.
Məlumata görə, bütün saytların bağlanmasına baxmayaraq, "Poco India" (poco.in) həmişəki kimi işləməyə davam edəcək.
"Poco" 2018-ci ildə orta səviyyəli smartfonlar seriyası kimi yaradılmış "Xiaomi"nin törəmə brendidir. 17 yanvar 2020-ci ildə "Poco India" müstəqil brend statusu alıb və həmin ilin noyabrında qlobal brend də "Xiaomi"dən ayrılıb.
Sadiq Cavadov